Atasının 2 yaşlı uşağı bıçaqlaması hadisəsinin təfərrüatı məlum oldu
    • 24-11-2022, 12:27
    • 197

Atasının 2 yaşlı uşağı bıçaqlaması hadisəsinin təfərrüatı məlum oldu

Bakıda 32 yaşlı kişinin 2 yaşlı oğlunu və 1976-cı il təvəllüdlü qayınanasını bıçaqlamasının təfərrüatları məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Dənizkənarı Milli parkın qarşısında baş verib. Hadisəni törədən Saqi Kərimov Yevlax rayon sakinidir. O, paytaxta gələrək qayınanasını tapıb, onu və 2 yaşlı oğlunu öldürmək niyyətilə bıçaqlayıb. S.Kərimov dərhal bıçağı öz boğazına çəkərək özünə də xəsarətlər yetirib.

Onların 3-ü də xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum olmasa da, cinayətin ailədaxili münaqişə səbəbindən baş verməsi güman edilir.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.