Bakıda kişi 2 yaşlı uşağını və qayınanasını bıçaqlamaqda şübhəli bilinir
    • 24-11-2022, 10:00
    • 321

Bakıda kişi 2 yaşlı uşağını və qayınanasını bıçaqlamaqda şübhəli bilinir

Bakıda kişi 2 yaşlı uşağını və qayınanasını bıçaqlamaqda şübhəli bilinir.

DİN Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, Səbail rayonunda 2 yaşlı uşağın bıçaqlanması ilə bağlı bağlı polisə məlumat daxil olub.

Belə ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.