Bakıda mənzildən 7500 manat oğurlandı
    • 24-11-2022, 13:00
    • 201

Bakıda mənzildən 7500 manat oğurlandı

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Nərimanov rayonunda noyabrın 22-də gecə saatlarında mənzillərin birindəki seyfdən 7500 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiriləri ilə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Möhtəşəm Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.