Şəhidin ailəsində ağır itki – Atası öldü
    • 25-11-2022, 15:28
    • 233

Şəhidin ailəsində ağır itki – Atası öldü

Neftçalada şəhid atası vəfat edib.

News24.az xəbər verir ki, rayonun Aşağı Surra kəndindən olan Birinci Qarabağ Müharibəsi şəhidi Vüsal Tağıyevin atası Ənvər Tağıyev gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Vüsal Tağıyev 1974-cü ildə Neftçala rayonu Aşağı Surra kəndində anadan olub. Kənd orta məktəbini və Salyan kənd təsərrüfatı texnikumunu bitirib. 1992-ci ildə hərbi xidmətə yollanıb, Milli Ordu sıralarına qoşularaq cəbhənin ön xəttində xidmətə başlayıb. Ağdərə ətrafında gedən döyüşlərin birində yaralanıb, müalicə olunduqdan sonra evə gəlmək imkanından könüllü imtina edərək döyüşü davam edib. 1994-cü ilin yanvar ayının 19-u Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub, yanvarın 20-si doğulub boya başa çatdığı doğma kəndində torpağa əmanət edilib.