"Uşaq hazırlıqlı deyilsə, repetitor da ona kömək edə bilmir"
    • 25-11-2022, 16:37
    • 214

"Uşaq hazırlıqlı deyilsə, repetitor da ona kömək edə bilmir"

"Repetitorluq dünyanın hər yerində var. Repetitorluq günah deyil, hər bir vətəndaş övladına əlavə dərs saatı almaq istəyirsə, burada problem yoxdur".

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, repetitorluğa tələbat bizim imtahan sistemimizlə bağlıdır: "Deyirlər ki, təhsilin keyfiyyəti aşağı olduğu üçün hamı repetitor yanına gedir. Amma sonra da qəbul imtahanı nəticələrinin aşağı olduğu deyilir. Yaxşı nəticələrə repetitorlar məsuliyyət daşıyır, amma pis nəticələrə təhsil sistemi. Bu, ziddiyyətli arqumentdir. Əgər hamı gedirsə, deməli repetitorlar zəif uşaqlara da təsir göstərə bilmir. Uşaq hazırlıqlı deyilsə, repetitor da ona kömək edə bilmir".

Məhərrəm Əliyev