Azərbaycan hərbçisindən nümunəvi davranış - VİDEO
    • 29-11-2022, 12:46
    • 178

Azərbaycan hərbçisindən nümunəvi davranış - VİDEO

Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda maraqlı hadisə baş verib.

News24.az xəbər verir ki, "Vaz 21099" markalı avtomobil yağışlı hava şəraitində yolun Bakı Beynəlxalq Avtovağzalı yaxınlığından keçən hissəsində qalıb.

Hərəkət zolağında qalan avtomobilin sürücüsünə buradan keçən hərbçilər kömək edib. Xidməti maşından düşən hərbçi sürücüyə kömək edərək maşını yol kənarına çəkməyə yardım edib. Hğmin hadisə yoldan keçən digər avtomobilin kamerası tərəfindən lentə alınıb. Həmin görüntüləri təqdim edirik.