Azərbaycandan qaçmaq istəyən pakistanlılar tutuldu
    • 30-11-2022, 01:30
    • 312

Azərbaycandan qaçmaq istəyən pakistanlılar tutuldu

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən miqrantlar saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən News24.az-a verilən xəbərə görə, hadisə noyabrın 26-da saat 15:00-da Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qeydə alınıb. Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 Pakistan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.