Əbədi məşəldə kolbasa qızardan şəxs TUTULDU - VİDEO
    • 30-11-2022, 18:32
    • 7 577

Əbədi məşəldə kolbasa qızardan şəxs TUTULDU - VİDEO

Rusiya İstintaq Komitəsi 45 yaşlı Kalininqrad sakininə qarşı "Əbədi məşəl"də yemək bişirdiyinə görə cinayət işi açıb.

News24.az "lent.az"-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, noyabrın 27-də səhər saatlarında bir kişi 1945-ci ilin aprelində Kenisberq qalasına hücum zamanı həlak olan 1200 mühafizəçinin xatirəsinə həsr olunmuş memorial kompleksdə kolbasa qızardıb. Onun bu hərərəkəti kameralara düşüb.

Polis əməkdaşları şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər. O, saxlanılıb.