-
- 1-12-2022, 11:34
- 559
"Narkomaniya bütün cəmiyyət üçün təhdiddir"-Kənan Zeynalov
“Narkomaniya və məişət zorakılığı tək bir ailənin, fərdin problemi deyil, bütün cəmiyyət üçün təhdiddir. Bu istiqamətdə aparılan kompleks tədbirlər problemin həllində mühüm rol oynayır".
News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə Azərbaycan Respublikasının Baş Prokururluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.
O bildirib ki, məişət zorakılığı yalnız kriminal xarakterli deyil: "2022-ci ilin ilk 9 ayı ərzində məişət zorakılığı nəticəsində 1100-dən çox cinayət hadisəsi qeydə alınıb. Ötən dövrlərlə müqayisə etsək, azalma olsa da, məişət zorakılığı hər kəsi narahat edir. Məişət zorakılığı ilə bağlı məlumatlar bir çox hallarda hüquq-mühafizə orqanlarına ötürülmür. Bu da mübarizəni çətinləşdirən amillərdən biridir. Bu tip hallar olduğu halda ictimailəşməsini xahiş edirik.
Bu, bir reallıqdır ki, narkomaniya sonda məişət zorakılığına zəmin yaradır. Narkomaniya bəlasına düçar olan şəxs özünün və ailəsinin həyatına neqativ təsir edir.
Bu bəla ilə birgə mübarizə aparmalıyıq".