-
- 1-12-2022, 11:27
- 364
"Narkomaniya ilə mübarizədə cəmiyyət olaraq hər birimizin məsuliyyəti var"-Səbinə Əliyeva
“Narkomaniya və məişət zorakılığı aktual mövzudur. İnsan həyatı üçün ciddi təhlükə yaradan, sağlamlıq, hüquqların pozulması kimi nəticələri çıxaran narkomaniya sosial inkişafa neqativ təsir göstərir. Burada maarifləndirmə işinin gücləndirilməsi, yeni üsulların tətbiqi mühüm rol oynayır. Mənim üçün ən ağır məsələlərdən biri qadınlarımız arasında narkomaniyanın geniş yayılmasıdır. "Ana", "qadın" obrazını cəzaçəkmə müəssisəsində görəndə şok keçirirəm. Onlara hər zaman deyirəm ki, "neçə ananı gözüyaşlı qoymusunuz, bunu düşünürsünüzmü?" Bu suala cavab tapa bilmirəm. Biz birlikdə işçi qrup yaradaraq çalışmalıyıq ki, bu hallar baş verməsin. Qadınlar bizim gələcək genofondumuzun təməlində duran şəxslərdir".
News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə Ombudsman Aparatının rəhbəri Səbinə Əliyeva deyib.
O bildirib ki, narkomaniya da bir yoluxucu xəstəlikdir: "Bu xəstəlik zəncirvaridir. Narkomaniya ilə mübarizədə cəmiyyət olaraq hər birimizin məsuliyyəti var. Bir çox hallarda biz ictimai müzakirə edirik. Amma burada ictimai qınaq olmalıdır.
Yeni sintetik narkotik vasitələr daha sürətlə yayılır. Bu maddələrdən istifadə edən şəxslər daha aqressiv olur. Bu, tək bir ailənin deyil, həm də bir nəslin faciəsidir. Narkomaniya və digər zərərli vasitələrə düçar olan şəxslərin ailələrində məişət zorakılığı özünü büruzə verir".
Ombudsman əlavə edib ki, uşaqların gözü önündə psixoloji zorakılıq baş verdikdə onlara mənəvi zərbə vurmaqla yanaşı onların həyatına ciddi zərbə vurur: "Bir çox hallarda belə ailələrdə intihar halları ilə rastlaşırıq.
İstər narkomaniya, istərsə də məişət zorakılığının artmasında sosial şəbəkələrin mühüm rolu var. Bu nüansı nəzərə alaraq zorakılıq halları olan məlumatlar dərc edilərkən daha həssas yanaşılmalıdır. Bu istiqamətdə sosial şəbəkələrdə və internet saytlarında davamlı monitorinq aparılmalıdır".