"Bu gün Azərbaycanda qadınlar arıqlamaq üçün "patı" istifadə edir"
    • 1-12-2022, 12:38
    • 2 324

"Bu gün Azərbaycanda qadınlar arıqlamaq üçün "patı" istifadə edir"

"Bu gün Azərbaycanda sintetik maddələrdən istifadə qızlar arasında daha çox yayılıb. Onlar arıqlamaq üçün bu maddələrdən istifadə edir". 

News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə millət vəkili Arzu Nağıyev deyib.

O bildirib ki, narkomaniyanı tamamilə yox etmək mümkün deyil. Bu bəla ilə ancaq ümumdünya şəklində mübarizə apara bilərik.

O əlavə edib ki, Azərbaycanda narkotik maddələrin satışının əsas səbəbi də Azərbaycanın İranla sərhəddə yerləşməsidir.