-
- 1-12-2022, 14:05
- 349
"Məişət zorakılığı ilə bağlı məsələlər bizim mediada daha çox reklam xarakteri daşıyır"-Aynur Camalqızı
“Məişət zorakılığı və narkotik asılılığı bütün cəmiyyətlərdə olduğu kimi bizim cəmiyyətimizdə də önəmli problemdir. Bu məsələlərdə maarifləndirmə işinin önəmi böyükdür. Məişət zorakılığı ilə bağlı məsələlər bizim medialarda daha çox reklam xarakteri daşıyır, bu, qeyri-peşəkarlıqdır. Bu xəbərlər verilərkən həssas olmaq lazımdır. Bu tip xəbərlər verilərkən qeyd kimi neqativ nəticələri qeyd edilməlidir".
News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə “Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızı deyib.
O bildirib ki, narkotik və məişət zorakılığı ilə mübarizədə sosial çarxların rolu böyükdür: "Bəzi regionlarımızda internet zəif olduğundan televiziya yayımlarından istifadə edə bilərik".