-
- 1-12-2022, 12:08
- 299
"Narkotik istifadəçiləri həbs edildikdən sonra onlarla heç bir reabilitasiya aparılmır"
“Bizim sığınacaq yedizdirib, içizdirmək üçün deyil, reabilitasiya üçün nəzərdə tutulub. 10-18 yaşlarında əsasən, qızları qəbul edirik. Bu ilin statistikası onu göstərir ki, narkotiklə mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil".
News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, son illər o qədər narkotik aludəçisi, satanı, daşıyanı həbsxanalarda yer alıb ki, bir müddətdən sonra ən böyük partlayış orada olacaq: "Çünki narkotik istifadəçiləri həbs edildikdən sonra onlarla heç bir reabilitasiya aparılmır. Ancaq reallıq budur ki, o şəxslər həbsdə günləri sayır ki, həbsdən sonra yenidən o maddələrdən istifadə etsinlər.
Narkotik vasitələrdən asılılıq düzəlmir. Azərbaycanda iki reabilitasiya müəssisəsi var. Onların hansı standartlarla işlədiyini bilmirik. Qiymətləri çox bahadır, özəldir.
Narkotiklə davamlı mübarizə aparılmalıdır. Reabilitasiya mərkəzlərinin sayı artmalıdır.
Çox sayda oxşar mövzuda tədbirlərdə iştirak edirəm. Amma mövzular orada da qalır.
Uşaqların narkotik istəyinin başqa istəyə çevrilməsi mexanizmini işləyib, ortaya çıxara bilmirik".