-
- 1-12-2022, 11:52
- 355
Sabir Rüstəmxanlı: "Adam var ki, narkotik almaq üçün arvadını satır"
“Narkomaniya və məişət zorakılığı yalnız hüquq-mühafizə orqanlarının mübarizəsi ilə həll olan problem deyil. Həmişə yaxınlarıma demişəm ki, iki məsələyə görə yanıma gəlməyin: Bir narkotik, iki fərarilik. Narkotik silah alveri kimi bir şeydir. Dünyanın ən böyük dövlətləri, ən tanınmış milyardleri narkotik biznesi ilə məşğuldur".
News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə millət vəkili Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, narkotik bir atom kimi dünyanın başından asılmış bəladır: "Cənub rayonlarında narkotik vasitələrinin təbliği daha üstünlük təşkil edir. Narkotik vasitələrdən istifadə başqa cinayətlərə də yol açır. İnsanların sağlamlığını əlindən alır, ailələr dağılır, cinayətlərə sövq edir. Narkotika vətən xainliyinə qədər gedir. Adamlar var ki, narkotik vasitəni almaq üçün ailəsini, arvadını satır.
Avropadan gələn nikahsız ailə qurmaq, övlad dünyaya gətirmək, eyni cinslə münasibət qurmağın sonu yoxdur. Ailələrin pozulmasının bir səbəbi də müəyyən gözəllik vasitələrindən istifadədir. Azadlıq istədiyini etmək deyil. Əclaq çərçivələrində azadlıq olmalıdır".
Millət vəkili vurğulayıb ki, ailə zorakılıqlarının bir hissəsi maddi sıxıntılarla bağlıdır: "Sosial sıxıntılar zorakılığa zəmin yaradır".