"Yeniyetmələrdə tez-tez əhval-ruhiyə dəyişirsə, bu valideynlərə mesaj olmalıdır"-Orxan Cəfərov
    • 1-12-2022, 13:55
    • 257

"Yeniyetmələrdə tez-tez əhval-ruhiyə dəyişirsə, bu valideynlərə mesaj olmalıdır"-Orxan Cəfərov

"Narkomaniya bəlasından heç kəs sığortalı deyil. Bəzən bunun günahını valideyndə görürük. Ancaq burada bioloji, sosial, psixoloji amillər də rol oynayır".  

News24.az-ın məlumatına görə, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və  İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, narkomaniyada ən mənfi cəhət istifadəçilərin yüngül narkotikdən ağıra keçməsidir: "Narkotik 1-2 ilə asılılıq yaradırsa, sintetik narkotik 1-2 həftə ərzində aslılıq yaradır.

Baş direktor onu da bildirib ki, yeniyetmələrdə tez-tez əhval-ruhiyə dəyişirsə, bu valideynlərə mesaj olmalıdır : "Yeni yetmələrin ruhi vəziyyəti anidən dəyişirsə, əhvalı yaxşı olduğu halda, birdən-bir ağlayırsa, kədərlənirsə, valideyn uşaqlarının istifadəçi ola biləcəyindən şübhə etməlidir".

O əlavə edib ki, valideynlər kiçik yaşlarından uşaqlarla maarifləndirmə işi aparmalıdır :" Tövsiyə edirəm ki, valideynlər daim məktəblə əlaqədə olsunlar. Övladlarına verdikləri pulun, getdikləri yerin hesbatını tələb etsinlər".