İstanbulda avtobusla tramvay toqquşdu - Yaralananlar var - VİDEO
    • 5-12-2022, 10:49
    • 234

İstanbulda avtobusla tramvay toqquşdu - Yaralananlar var - VİDEO

İstanbulda avtobusla tramvay toqquşub.

News24.az xəbər verir ki, qəza Alibeyköy tramvay dayanacağı yaxınlığında meydana gəlib.

Bildirilib ki, həmin vaxt avtobus tramvay yolundan keçmək istəyib.

Tramvayın vurduğu avtobusda olan sərnişinlər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili yardım maşınları cəlb edilib. /Haber Global/

Teymur Məmmədov