DSX-nin Akademiyasındakı yanğında 14 nəfər tüstüdən ZƏHƏRLƏNDİ
    • 6-12-2022, 18:14
    • 282

DSX-nin Akademiyasındakı yanğında 14 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.