Sərnişin sürücünü bıçaqla HƏDƏLƏDİ
    • 7-12-2022, 10:53
    • 224

Sərnişin sürücünü bıçaqla HƏDƏLƏDİ

Dekabrın 6-da saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 30 manatını talaması barədə polisə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elvin Tağıyev müəyyən olunaraq saxlanılıb.
 
Rəsmi məlumata görə, hazırda Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.