Masallıda dəhşətli vəziyyət – 7 nəfər intihar edib
    • 7-12-2022, 12:56
    • 404

Masallıda dəhşətli vəziyyət – 7 nəfər intihar edib

Dekabrın 5-dən 6-na keçən gecə saat 23 radələrində Masallıda 18 yaşlı qız intihar edib. 

News24.az xəbər verir ki, rayonun Həsənli kənd sakini olan 2004-cü il təvəllüdlü Hüseynova Rüqayə Rəşid qızı yaşadığı Heydər Əliyev prospekti 4 ünvanındakı binanın 4-cü mərtəbəsinin eyvanından özünü ataraq, həyatına son qoyub.

Qeyd edək ki, dekabrın 2-də Masallının Binə kəndində də intihar olub. 2000-ci il təvəllüdlü Nərmin Əliyeva yaşadıqları evin həyətində yerləşən talvardan özünü asaraq öldürüb. 

Yayılan məlumatlara görə bu ilin fevral ayından etibarən Masallıda azı 7 nəfər intihar edib. Belə ki, adları çəkilən gənc qızlardan başqa fevral ayında rayonun Lürən kəndində 60 yaşlı Rahidə Ağayeva yaşadığı evin həyətində özünü asıb. Həmin gün Sığdaş kəndində 58 yaşlı Etibar Sadıxov da yaşadığı evdə özünü asıb. İyunun 19-da isə rayonun Ərkivan kəndində 2007-ci il təvəllüdlü N.A. (oğlan) yaşadığı evdə özünü asaraq intihar edib. 30 sentyabrda da Ərkivan kəndində təkrar intihar hadisəsi baş verib. Bakı şəhər Səbail rayon Badamdar qəsəbəsində qeydiyyatda olan Şiriyev Coşqun Zəhmətağa oğlu həmin gün saat 15:00 radələrində Mərdəkan qəsəbəsində işlədiyi özəl obyektə ( suvaqçı ustasişləyirdi ) özünü asaqar intihar edib. Digər intihar hadisəsi 25 oktyabr gündüz saat 12 radələrində Masallı rayonunun Xıl kəndində olub. Fərzəliyev Orxan Şəkərəli oğlu evvələrindən təxminən 500 metr aralıda olan qoyun damında özünü asıb.