Soyuq havada dişlər niyə ağrıyır?
    • 8-12-2022, 16:22
    • 587

Soyuq havada dişlər niyə ağrıyır?

Diş ağrısı, demək olar ki, hər kəsin həyatının bir və ya bir çox dövründə şikayətləndiyi narahatlıqdır. Xüsusilə soyuq havalarda diş həssaslığı daha da artır. Bu narahatedici ağrı bir çox səbəbdən yarana bilər.

News24.az xəbər verir ki, diş həssaslığı barədə "CNN Türk"ə danışan stomotoloq Mələk Çam diş ağrılarının yaranma səbəbindən danışıb. O bildirib ki, dişlərin həssaslığı mina təbəqəsinin zədələnməsi ilə bağlıdır: "Sağlam dişlərdə dişin ən xarici təbəqəsi tamamilə mina toxuması ilə örtülür. Bu təbəqə dişlərin sərt şəkildə fırçalanması, həddindən artıq turşulu içkilərin qəbulu və ya diş səthlərinə həddindən artıq qüvvələr (diş sıxma,isti-soyuq qidaların eyni anda qəbulu və s.) nəticəsində itərsə, mina toxumasının altındakı dentin səthi açıq qalır və diş həssaslığı yaranır. Adətən qısa müddətli kəskin ağrılar olsa da, gündəlik həyatda fərdləri narahat edən ağrılardır".

Stomotoloq diş ağrısının müalicə üsullarından da danışıb: "Yüngül-orta diş həssaslığında ilk müalicə variantı ev müalicələri olmalıdır (yumşaq tüklü diş fırçaları ilə istifadə edilən həssaslaşdırıcı diş pastaları, ağız qarqaraları və s.). Ev şəraitində başlanan müalicədə 2-4 həftə sonra ağrıda heç bir azalma olmazsa, klinikada diş həkimi tərəfindən tətbiq edilən müalicə davam etdirilməlidir. Ağrı davam edərsə, əlavə müalicəyə başlanılır.Belə bir vəziyyətdə əvvəlcə diş həkimi tərəfindən müayinədən keçmək lazımdır. Diş həssaslığının aradan qaldırılması üçün mövcud vəziyyət qiymətləndirilməli və xəstəyə müalicə üsulları izah edilməli və fərdi müalicə planı yaradılmalıdır".

Qumral Əliyeva