“Netflix” serialında Azərbaycanla bağlı sənədlər
    • 9-12-2022, 10:49
    • 350

“Netflix” serialında Azərbaycanla bağlı sənədlər

“Netflix”in yeni serialı “Treason”da (Xəyanət - red.) Azərbaycanla bağlı məqamlar yer alıb.

News24.az "Olay"-a istinadən xəbər verir ki, 26 dekabrda təqdim olunacaq layihənin treylerində 12 fevral 2007-ci ilə aid Azərbaycanla, Bakıyla bağlı sənədlər göstərilib.

Qeyd edək ki, serial Adam Laurens adlı cəsus və onun başına gələnlərdən bəhs edir. Filmdə baş rolları Çarli Koks, Olqa Kurlylenko canlandırır.