-
- 12-12-2022, 11:44
- 406
11 uşağın ölümünə səbəb olar "Strep A" virusu - Simptomlar açıqlandı
"Strep A" kimi tanınan xəstəlik son vaxtlar uşaqların ölümü ilə gündəmə gəlib.
News24.az xəbər verir ki, Streptokok olaraq da bilinən bu xəstəlikdən İngiltərədə 9, Fransada isə 2 uşaq həyatını itirib.
Bəs "Strep A" nədir?
"Strep A" çoxsaylı infeksiyalara səbəb ola bilən A qrupu Streptokok bakteriyalarına aiddir. Xəstəlik adətən yüngül keçir, lakin A qrupu streptokok ciddi infeksiyalara səbəb ola bilər.
Bu, "Strep A" səbəbiylə bakteriyaların bədənin dərinliyinə nüfuz edərək ağciyərləri, əzələləri və qan dövranını yoluxdurduqda baş verir.
"Strep A" simptomları nələrdir?
Qripə bənzəyir və əsasən "strep boğaz" olaraq adlandırılan ağrı hiss edilir.
"Strep A" bakteriyasının insanların boğazında və dərisində məskunlaşdığı, tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bilinir. Bədənin bəzi yerlərində qızartı və dəri infeksiyasına səbəb olan bakteriyalar əksər hallarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.
Xəstəliyə səbəb olan bakteriyalar əllərdə və ya boğazda kifayət qədər uzun müddət yaşaya, asqırma, öskürmə və yaxın təmas zamanı insanlar arasında asanlıqla yayıla bilər.
Britaniya mətbuatı uşaqlarda bu xəstəliyin əlamətlərini də sadalayıb. Simptomlara boğaz ağrısı, yanaqların qızarması, yüksək hərarət və əzələ ağrısı daxildir.
Mütəxəssislər həmçinin qeyd ediblər ki, "Strep A" infeksiyalarının ümumi artımı "Covid-19" epidemiyasından sonra immunitetin zəifləməsi ilə bağlı ola bilər. /Sozcu.com.tr/
Teymur Məmmədov