Bunu cibdə gəzdirmək xəstəliklərə səbəb olur
    • 12-12-2022, 14:53
    • 394

Bunu cibdə gəzdirmək xəstəliklərə səbəb olur

Azərbaycanda kişilər adətən pulqabılarını arxa ciblərində saxlayırlar. Lakin arxa cibdə daşınan pulqabılar müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə arxa cibdə pul kisəsi ilə uzun müddət oturmaq onurğa əyriliyi və əzələ ağrılarına səbəb olur.

Fizika Müalicə və Reabilitasiya mütəxəssisi Arzu Dinç Yavaş arxa cibdə daşınan pulqabıların onurğa əyriliyinə səbəb olduğunu deyib: "Davamlı olaraq arxa cibdə gəzdirilən pul kisəsi oturma pozğunluğuna səbəb olur. Bu vəziyyət əvvəlcə omba və ayaqda dərin ağrı, uyuşmaya ilə müşahidə olunur. Müalicə olunmazsa və pul kisəsi hələ də arxa cibdə daşınarsa, nəticə yeriş pozğunluğu və onurğa əyriliyinə qədər irəliləyə bilər."

O əlavə edib ki, bu problem xüsusilə uzun müddət oturmaq məcburiyyətində qalanlarda rast gəlinir: "Bu problem daha çox sürücülərdə müşahidə olunur"./Haber Türk/

Qumral Əliyeva