Flora Kərimovadan Elçin Əfəndiyevə: “Adımı müxalifət qoyub, mənə arxa çevirirsiz”
    • 12-11-2018, 13:55
    • 1 056

Flora Kərimovadan Elçin Əfəndiyevə: “Adımı müxalifət qoyub, mənə arxa çevirirsiz”

Mərhum aktrisa Amaliya Pənəhovanın vida mərasimində aralarında narazılıq yaşanan xalq artisti Flora Kərimova və xalq yazıçısı Elçin Əfəndiyev haqda xəbər vermişdik. 
Flora Kərimova məsələyə münasibət bildirib və açıqlamasında dramaturqun ona arxasını çevirməyinin bütün millətə qarşı hörmətsizlik olduğunu bildirib: 
“Demirəm ki, xalq artistiyəm, mənə arxa çevirmək olmaz! Mən xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdir. Bu yaşa kimi mənliyimi qorumuşam. Siz durub adımı müxalifət qoyub, mənə arxa çevirirsiz. Mən heç vaxt müxalifətçi olmamışam. Mən müxalif olmuşam. Müxalifətçi olmaq üçün siyası savad lazımdır.