-
- 14-12-2022, 17:45
- 421
"Əlavə qidaya başlayan uşağa dadlı qidalar vermək yanlışdır"- Ekspert
"Uşaqlar 6 aydan sonra əlavə qida qəbul etməyə başladıqları vaxtda onları şorbalara, tərəvəzlərə, meyvələrə öyrəşdirmək lazımdır. Uşaqlar ilk dövrlərdən bu qidalara öyrəşsələr, qarşıdakı vaxtda da bu dadları asanlıqla qəbul edə biləcəklər".
News24.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Mütəxəssis bildirib ki, bəzən valideynlər uşaqlar əlavə qidaya başlayanda yanlışlıqlara yol verir: "Valideynlər yanlış olaraq uşağa meyvə verməyə bananla başlayırlar. Bu yanlış davranışdır. Çünki bananın dadını bilən uşaq almanı yemək istəməyəcək. Uşaq yemək yeməyə başlayan kimi ona daha dadlı qidalar vermək yanlışdır".
Qumral Əliyeva