Azad Əkbərzadə:
    • 14-12-2022, 17:58
    • 324

Azad Əkbərzadə: ""Fast food" kökəlməyə səbəb olur"

"Uşaqlara təkcə fəstfud qidalar verməklə yox, eyni zamanda digər paket qidalarla da kifayət qədər kalori veririk. Alınma qidalar evdə hazırlanan yeməklərdən dadlı olduğu üçün daha iştahla yeyilir. Bu da daha artıq kalori almağa səbəb olur".

News24.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib. 

A.Əkbərzadə əlavə edib ki, uşaqlar paket qidaları daha çox özləri ilə məktəbə aparır. 

Mütəxəssis valideynlərə öz tövsiyələrini də bildirib: "Tövsiyə edirəm ki, valideynlər evdə övladları üçün az kalorili, meyvə və tərəvəzlərdən ibarət sağlam nahar qutusu hazırlasınlar. 

Qumral Əliyeva