-
- 14-12-2022, 20:32
- 292
Quterriş: “Əksər ölkələr BMT Təhlükəsizlik Şurasında islahatların tərəfdarıdır”
“Əksər ölkələr BMT Təhlükəsizlik Şurasının yeni geosiyasi reallıqları daha dəqiq əks etdirməsi üçün islahatların aparılmasının tərəfdarıdır”.
News24.az TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının “İslahata məruz qalmış çoxtərəfliliyin yeni istiqaməti” mövzusunda keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, üzv ölkələrin əksəriyyəti BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmasının zəruri olduğunu qəbul edir: "Ümidvaram ki, regional qruplar və ayrı-ayrı dövlətlər islahatların yolları və üsulları ilə bağlı geniş konsensusa nail olmaq üçün birgə işləyə biləcəklər. BMT və şəxsən mən lazımi dəstəyi verməyə hazıram”.
A.Quterriş bildirib ki, BMT Təhlükəsizlik Şurasının fəaliyyətində innovativ iş metodları, o cümlədən açıq müzakirələr və Şuradan kənar üzv ölkələrlə təmasları gücləndirmək üçün qeyri-rəsmi mexanizmlərdən istifadə vasitəsilə artıq təkmilləşmələr baş verib.