Almaniya ABŞ-dan 35 ədəd F-35 qırıcısı alacaq
    • 15-12-2022, 14:18
    • 179

Almaniya ABŞ-dan 35 ədəd F-35 qırıcısı alacaq

Almaniya Bundestaqında ABŞ-dan F-35 döyüş təyyarələrinin alınması da daxil olmaqla 100 milyard avroluq xüsusi fonddan maliyyələşdiriləcək müdafiə layihələri müzakirə edilib. 

News24.az xəbər verir ki, Bundestaqda qəbul edilən qərara görə, Almaniya ABŞ-dan 35 ədəd F-35 qırıcısı alacaq. 

Həmçinin qeyd olunub ki, F-35-lər hazırda köhnəlmiş hesab edilən Tornado tipli döyüş təyyarələrini əvəz edəcək. Alman F-35 pilotlarının da 2026-cı ildə ABŞ-da təhsil alması planlaşdırılır.