Azərbaycanda ŞOK HADİSƏ: Narkotik qəbul edən müğənni arvadını bıçaqlayıb qaçdı
    • 15-12-2022, 17:02
    • 9 475

Azərbaycanda ŞOK HADİSƏ: Narkotik qəbul edən müğənni arvadını bıçaqlayıb qaçdı

Bu ilin 3 iyul tarixində Şəmkir rayonunda həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Elçin Əliyev məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı Elçin Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Məlum olub ki, həyat yoldaşı, 1995-ci il təvəllüdlü Talehə Əliyevanı çoxsaylı bıçaq zərbələri ilə öldürməyə cəhd edən Elçin Şəmkir rayon Mədəniyyət evinin əməkdaşı, həm də müğənnidir. O, mütəmadi olaraq müğənni kimi Şəmkirdə və ətraf rayonlarda keçirilən toy mərasimlərində iştirak edib.

Hadisə isə ailədaxili münaqişə səbəbindən baş verib. Elçin həyat yoldaşının ona xəyanət etməsindən şübhələndiyini, onun telefonda başqa şəxslərlə danışdığını deyib. T.Əliyeva isə ərinin daim evdə narkotik vasitə qəbul etdiyini, TikTok sosial şəbəkəsində başqa qızlarla danışdığını bildirib.

Hadisədən əvvəl gecə saatlarında Elçin Əliyev arvadını narkotik qəbulunda istifadə etdiyi falqa kağız və limon duzu gətirməyə göndərib və bundan sonra mübahisə baş verib. O, 3 körpə övladının anası olan qadını döyərək xəsarətlər yetirib. Talehə qaçaraq qonşuya sığınıb və qorunmaq üçün polis çağırıb. Bundan sonra o, anasının evinə gedib. Talehənin ardınca qayınanasının evinə gedən Elçin onu evə qaytarmağa çalışıb, 27 yaşlı qadın isə bununla razılaşmayıb. Nəticədə Elçin körpə uşaqların və qayınanasının gözü qarşısında arvadına 6 bıçaq zərbəsi endirib. Talehə qaçaraq yataq otağına sığınsa da, Elçin ona zərbələr endirməyə davam edib. Daha sonra o, hadisə yerindən qaçaraq gizlənsə də, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ekspertiza zamanı onun həqiqətən narkotik vasitə aludəçisi olması, lakin narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi müəyyən edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2022-ci il tarixli hökmü ilə arvadını amansızlıqla öldürmək istəyən müğənniyə 11 il 3 ay müddətinə həbs cəzasI təyin edilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkməsi qeyd edilib.