Elektron siqaretin yeni təsirləri AÇIQLANDI
    • 16-12-2022, 12:54
    • 297

Elektron siqaretin yeni təsirləri AÇIQLANDI

Britaniyalı mütəxəssislər elektron siqaretdən istifadənin yeni fəsadlarını müəyyən ediblər.

News24.az xəbər verir ki, alimlərin araşdırmasının nəticələri "PLOS ONE" jurnalında dərc olunub.

Alimlər ağciyər səthi aktiv maddəsinə təsirini araşdırıblar.

Məlum olub ki, elektron siqaretdən istifadə səthi gərginlik yaratmağa qadirdir. Bu da səthi aktiv maddənin düzgün ağciyər funksiyasını saxlamaqda effektivliyini itirdiyini göstərir.

Ayrı-ayrılıqda dadlandırıcılar nikotin və digər əlavələrin təsiri nəzərə alınıb.

Nikotin, nikotinsiz elektron mayelərlə müqayisədə səthi gərginliyə əhəmiyyətli dərəcədə mənfi təsir göstərməyib.  Lakin mentol kimi bəzi dadlandırıcıların təsiri müşahidə edilib.

Teymur Məmmədov