Siqareti necə tərgitmək olar? - Narkoloq açıqladı
    • 26-07-2022, 13:10
    • 491

Siqareti necə tərgitmək olar? - Narkoloq açıqladı

“Nikotin asılılığı ən ciddi asılılıqlardan biridir və müalicəsi çətindir".

News24.az
"moslenta"ya istinadən xəbər verir ki, bu sözləri rusiyalı narkoloq Daniil Petrov deyib. O bildirib ki, nikotin ilk növbədə orqanizmimizdə baş verən bir çox biokimyəvi proseslərdə iştirak edir və ondan istifadə etməklə biz bu proseslərə müdaxilə edirik. Bununla da nikotin biokimyəvi səviyyədə asılılığa səbəb olur: "İkincisi, güclü psixoloji asılılığa səbəb olur. Üçüncüsü, siqaret qanuni olaraq mövcuddur. Ən xoşagəlməz hal odur ki, ictimai qınaq bu mənfi vərdişə o qədər də təsir etmir". 

Həkim bildirib ki, istənilən asılılığın müalicəsində psixoterapiya mühüm rol oynayır. Eyni zamanda, nikotini əvəz edən dərmanlara da laqeyd yanaşmaq olmaz: "Onlar ilkin mərhələdə siqaretə olan həvəsi azaltmağa imkan verir. Ancaq bu cür dərmanların təsiri qısamüddətlidir. Bir aydan iki aya qədər..."

"Nikotin asılılığı üçün bir çox patentli müalicə üsulları da var: NLP, iynəbatırma, hipnoz. Ümumiyyətlə, xəstənin müalicəyə və pis vərdişdən qurtulmağa münasibəti varsa, bu üsullar müsbət nəticə əldə etməyə kömək edə bilər" deyə Daniil Petrov vurğulayıb.