-
- 19-12-2022, 12:25
- 545
Sığınacaqda azyaşlıya işgəncə verilir? -DİN-dən AÇIQLAMA
Bakıda "Sevgi evi" Qadın və Uşaq sığınacağında azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunub.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
Statusda bildirilir ki, sığınacaqda azyaşlıya işgəncələr verilir, uşaq döyülür: "2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hal-hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Hörmətli dövlət qurumları, yalvarıram sizə, qurtarın bu uşağı. Uşaq ölür".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən açıqlamada bildirildi ki, məsələ ilə bağlı polis və prokurorluq orqanlarında müvafiq araşdırma aparılıb: "Toplanmış materiallar məhkəməyə göndərilib. Hazırda iş icraatdadır".
Qumral Əliyeva