“Azərbaycanlılara heyran oldum” – Soner Sarıkabadayı
    • 19-12-2022, 16:26
    • 334

“Azərbaycanlılara heyran oldum” – Soner Sarıkabadayı

Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayı Bakıda konsert proqramı ilə çıxış edib. 

News24.az xəbər verir ki, Elektra Event Hallda baş tutan gecədə öncə səhnəyə müğənni Mərdan Kazımov orkestrası ilə çıxıb. Müğənninin çıxışı alqışlarla və coşğul ilə qarşılanıb. 

Daha sonra Soner Sarıkabadayı səhnə alıb. Sevilən mahnılarını ard-arda səsləndirən müğənni tamaşaçılarla da söhbət etməyi unutmayıb:
“Azərbaycanlılara heyran oldum. Təəssüf ki, daha öncə görüşməmişik. İnanıram ki, tez-tez Bakının qonağı olacam. Sizdən müsbət enerji aldım”.
Müğənninin konserti anşlaqla alqışlarla davam edib.  

Könül İbrahim
Nicat Niftəliyev