Bakıda saxta pul aşkarlandı
    • 20-12-2022, 12:23
    • 227

Bakıda saxta pul aşkarlandı

Bakıda marketə saxta pul verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, dekabrın 19-da saat 02.35-də Sabunçu rayonunun Savalan yaşayış sahəsində yerləşən marketlərin birində satıcıya 2 ədəd 200 manatlıq saxta əskinas verən şəxs Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun Bakı şəhər sakini Tural Becanov olması müəyyən olunub və 14-cü Polis Bölməsinə təhvil verilib.