Göygöldə avtomobil kanala aşdı: Xəsarət alan var
    • 20-12-2022, 19:51
    • 224

Göygöldə avtomobil kanala aşdı: Xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
İdarəetmənin itməsi nəticəsində avtomobil yoldan çıxaraq su kanalına aşıb.
Qəza zamanı sürücü, 1946-cı il təvəllüdlü Mail Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /APA/