Göygöldə minik maşını aşıb, xəsarət alanlar var
    • 19-05-2022, 21:08
    • 356

Göygöldə minik maşını aşıb, xəsarət alanlar var

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2003-cü il təvəllüdlü Qurbanov Rasim və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.