Sumqayıtda məktəbli qız binanın eyvanından yıxıldı
    • 21-12-2022, 11:21
    • 188

Sumqayıtda məktəbli qız binanın eyvanından yıxıldı

Sumqayıt şəhərində 13 yaşlı qız ehtiyatsızlıq səbəbindən ağır xəsarət alıb.

News24.az etdiyi məlumata görə, hadisə Sumqayıt şəhər 12-ci mikrorayon bina 8-də qeydə alınıb. Binadakı 20 saylı mənzildə yaşayan 2009-cu il təvəllüdlü Ülkər Misirova ehtiyatsızlıqdan 3-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, məktəbli qızın vəziyyəti orta-ağırdır. 

Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.

Taleh BAĞIROV