Rusiya və Fransa arasında gərginlik yarandı
    • 22-12-2022, 11:04
    • 239

Rusiya və Fransa arasında gərginlik yarandı

Rusiyanın Xarici İşlər Nazirliyi Fransanın Moskvadakı səfiri Pyer Levini nazirliyə çağırıb.

News24.az xəbər verir ki, Fransanın Xarici İşlər Naziri Ketrin Kolonnanın Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə Rus Evinə hücumla bağlı açıqlamalarına görə səfirə etiraz notası verilib.

Açıqlamada bu ifadə yer alıb: “Biz Fransa rəhbərliyini müstəmləkəçi yanaşmadan çəkinməyə çağırırıq”.

Rusiya Xarici İşlər Nazirliyi hücumu pisləyib və Mərkəzi Afrika Respublikasının səlahiyyətli orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində hücumun təşkili və həyata keçirilməsində məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə mədəniyyət mərkəzi kimi fəaliyyət göstərən Rus Evinə göndərilən bağlama partlayıb. Rus Evinin direktoru Dmitri Sıtıy poçtla mərkəzə göndərilən paketi açarkən partlayış baş verib və Sıtıy yaralı olaraq xəstəxanaya aparılıb.