3 aylıq uşağını küçəyə atan qadınla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
    • 22-12-2022, 13:10
    • 754

3 aylıq uşağını küçəyə atan qadınla bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

Dekabrın 19-da Bakı şəhər Binəqədi rayonu Gülüstan küçəsi 125 ünvanında küçəyə atılmış 3 aylıq oğlan uşağının anası ilə bağlı yeni faktlar üzə çıxıb.

News24.az xəbər verir ki, həmin qadının körpəsinin əri tərəfindən öldürülməsi məlum olub.

Belə ki, istintaqla müəyyən edilib ki, Vüsal Əliyev son 7 il ərzində qeyri-rəsmi, ər-arvad kimi yaşadığı Şəfiqə Qədimovanın 2020-ci ilin noyabr ayında dünyaya gətirdiyi övladı – Ruzi Əliyevin atasının başqası olduğunu düşünüb. Oğlanın öz övladı olmadığını bildirərək qadınla dəfələrlə mübahisə edib. Axırıncı dəfə, 2021-ci il mayın 29-da axşam, kirayə yaşadıqları evdə spirtli içkinin təsiri altında olarkən aralarında növbəti münaqişə baş verib. Uşağın ağlamasından, özünün isə ona qayğı göstəməyə məcbur olmasından əsəbləşib, arvadına pul müqabilində kişilərə cinsi xidmət göstərməsi üçün evdən getməsini tələb edib. Mayın 30-u gecə saat 0:50-də uşaq arabasında olan oğlanın ağız-burun dəliklərini sağ əli ilə sıxıb saxlayaraq Ruzi Əliyevi öldürüb.