Ələkrəm Hümmətov vəfat etdi
    • 22-12-2022, 13:41
    • 1 400

Ələkrəm Hümmətov vəfat etdi

Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Hollandiyada yaşayan Ələkrəm Hümmətov dünyasını dəyişib.

News24.az xəbər verir ki, o, Hollandiyada xəstəlik səbəbindən vəfat edib.


Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib./qafqazinfo.az/