-
- 22-12-2022, 22:13
- 369
Yaponiyada qar faciə törətdi: 3 ölü, 23 yaralı
Yaponiyanın Niiqata prefekturasında ötən həftənin sonu və bu həftənin əvvəlində yağan güclü qar səbəbindən azı 3 nəfər ölüb, 23 nəfər yaralanıb.
News24.az xəbər verir ki, ölən və xəsarət alanların əksəriyyəti qarı təmizləyən və yıxılaraq yaralanan yaşlı insanlardır.
Tohoku Electric Power kompaniyasının məlumatına görə, Niiqatada elektrik xətlərinın qırılması nəticəsində 4300-ə yaxın ev işıqsız qalıb. Yaponiyanın Baş naziri Fumio Kişida bölgə sakinlərini ciddi zərurət olmadıqda küçəyə çıxmamağa, təhlükəsizliyə diqqət yetirməyə çağırıb.
Ötən həftənin sonundan başlayaraq Yapon dənizi sahillərinə güclü qar yağır. Aomori, Niiqata, Fukuşima və Yamaqata prefekturalarında qarın qalınlığı bir-iki metrə çatır ki, bu da ilin bu vaxtı üçün rekord göstəricidir.