Deputatlar Nəcməddin Sadıkova qarşı çıxdılar: "Məsuliyyətə cəlb olunmalıdır"
    • 23-12-2022, 12:03
    • 206

Deputatlar Nəcməddin Sadıkova qarşı çıxdılar: "Məsuliyyətə cəlb olunmalıdır"

“Müdafiə Nazirliyinin Keçmiş Baş əməliyyat idarəsinin rəisi bu yaxınlarda açıqlama verdi ki, ordumuzda xarici, xüsusilə Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları var. Və o, açıqlamasında bir çox əməliyyatların uğursuzluğunda sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırdı”.

News24.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında milət vəkili Fazil Mustafa səsləndirib.

“Bu gün biz hakimlərin təyinatı məsələsinə baxacağıq. Ya hüquq-mühafizə orqanları həmin rəisi yalan söylədiyi üçün məsuliyyətə cəlb olunmalıdır, ya da Nəcməddin Sadıkov haqqında araşdırmalara başlanılmalıdır. Bununla çalışmalıyıq ki, heç olmasa nahaqdan ölmüş hərbçilərimizin haqqını qaytara bilək”, - deyə deputat əlavə edib.