Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
    • 23-12-2022, 15:03
    • 240

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Dekabrın 24-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Qorağan-Qax-Zaqatala, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Yevlax-Xocalı-Laçın, Həkəri-Zəngilan Gəncə-Daşkəsən, Goranboy-Tərtər, Şəmkir-Gədəbəy, Bərdə-İstisu, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Göyçay-Ucar, Ucar-Zərdab-Ağcabədi, Xaldan-Mingəçevir, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

Gecə saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.