"Saxlanılan bütün etirazçıları qeyd-şərtsiz azad edin" - ABŞ-dan İrana çağırış
    • 27-12-2022, 12:21
    • 140

"Saxlanılan bütün etirazçıları qeyd-şərtsiz azad edin" - ABŞ-dan İrana çağırış

"ABŞ İranı ölkədəki saxlanılan bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırır".

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib. 

Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadının Statusu Komissiyasından çıxarıldığını da xatırladıb. Onun sözlərinə görə, bu, cəsarətli İran qadınlarına dəstək məqsədilə edilib.

"Onların hüquqları uğrunda mübarizə davam edir"-deyə N.Prays əlavə edib. 

Qeyd edək ki, bundan əvvəl BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) İranın 2026-cı ilə qədər BMT-nin Qadının Statusu Komissiyasından çıxarılmasına səs verib.

Teymur Məmmədov