ABŞ Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı sanksiya irəli sürə bilər
    • 15-03-2022, 01:20
    • 1 477

ABŞ Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı sanksiya irəli sürə bilər

ABŞ Dövlət Departamenti Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı mümkün sanksiyaları inkar etməyib.

News24.az xəbər verir ki, jurnalistlər üçün keçirdiyi brifinqdə Amerika Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ned Prays Moskvaya dəstək verdiyinə görə Vaşinqtonun Pekinə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:

“Biz bunun nə ilə nəticələnə biləcəyini açıqlamaq fikrində deyilik. Aydındır ki, hazırda biz belə bir ehtimalı nəzərdən keçirmək istəmirik”, - deyə diplomat bildirib.

Ned Prays bildirib ki, iki ölkə arasında əməkdaşlığın gələcəkdə hansı səviyyədə olması sual doğurur. /Apa.az/