Meymunçiçəyi İLLƏRLƏ davam edəcək - ÜST-dən QORXULU XƏBƏRDARLIQ
    • 2-08-2022, 15:33
    • 1 950

Meymunçiçəyi İLLƏRLƏ davam edəcək - ÜST-dən QORXULU XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusunun dünyanı belə tezliklə cənginə almasına görə məyusluğunu bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ÜST bunun öz səhvləri olduğunu, xəstəliyin qarşısını almaq şansını qaçırdıqlarını açıqlayıb.

Virusun ABŞ və Avropa ölkələrində sürətli yayılması illərlə davam edəcək xəstəliyə çevrilməsi nəzəriyyələrini ortaya çıxarıb. 

Bəzi alimlərin fikrincə, xəstəlik yalnız insanlar arasında yayıldığı üçün tək çıxış yolu vaksinasiyadır.

Bildirilib ki, bəzi heyvanlar (sincab, siçan və s.) bu virusa yoluxarsa, o zaman virusun qarşısını almaq imkansız olacaq. 

Qeyd edək ki, Meymunçiçəyi virusu hazırda 78 ölkəyə yayılıb.

Vüsalə Babaşova