Abşeronda "BMW" yandı -  İki nəfər xəsarət aldı
    • 29-12-2022, 23:30
    • 166

Abşeronda "BMW" yandı - İki nəfər xəsarət aldı

Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "BMW" markalı minik avtomobili yol kənarına aşıb. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, hadisə zamanı sürücü və 2 nəfər sərnişin müxtəlif bədən xəsarətlərilə yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.