Bakıda minik avtomobili yanıb, 1 nəfər zəhərlənib
    • 25-09-2022, 10:27
    • 269

Bakıda minik avtomobili yanıb, 1 nəfər zəhərlənib

Bakı şəhərinin Suraxanı rayonunda “Saipa" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər sərnişin tüstüdən zəhərlənmiş halda avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.