Naxçıvanda evdən və kafedən oğurluq oldu
    • 31-12-2022, 10:58
    • 214

Naxçıvanda evdən və kafedən oğurluq oldu

Naxçıvanda evdən oğurluq olub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən televizor, kondisioner, kompüter, 3 ədəd xalça, qab-qacaq və balansında 3000 manat pul olan bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Cəfərzadə müəyyən olunaraq saxlanılıb.

Daha bir oğurluq hadisəsi Naxçıvan dəmir yolu stansiyasının ərazisindəki kafedə qeydə alınıb. Belə ki, Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 28-nə keçən gecə Naxçıvan dəmir yolu stansiyası ərazisindəki kafelərin birindən 527 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Fərəczadə müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.