Telefonun parolunu vermədiyinə görə ərini yandırıb öldürdü
    • 19-01-2019, 13:09
    • 939

Telefonun parolunu vermədiyinə görə ərini yandırıb öldürdü

Sosial şəbəkələrə, yeni texnologiya predmetlərinə görə ailələrdə söz-söhbət az olmur. İndoneziyanın Şərqi Yava bölgəsində ər-arvad arasında nəinki mübahisə yaranıb, hətta qadın həyat yoldaşını yandırıb.


Evin xanımı Əlham Kahyani əri Dedi Purnamadan telefonunun pin-kodunu istəyib. Ər imtina edib. Bundan sonra mübahisə böyüyüb. İlk zərbə kişidən gəlib. 25 yaşlı qadın da borclu qalmayıb.

Kahyani o qədər əsəbiləşib ki, gözünə dəyən kanistr dolu benzini ərinin üstünə atıb, sonra da alışqanla yandırıb. Qonşu kişi odu söndürməyi bacarsa da, Purnamanın həyatını xilas etmək mümkün olmayıb. O, iki gündən sonra xəstəxanada keçinib. Qadını həbs ediblər.

Keçən ilin oktyabrında buna bənzər xəbər İngiltərədən gəlmişdi. Qadın həyat yoldaşını öldürmək üçün 9 ay ərzində müxtəlif üsullara əl atmışdı. Hətta onu yandırmağa da cəhd göstərmişdi. Bir fərq var ki, ona məşuqu da kömək edirmiş. Amma ər canını onların əlindən qurtarmağı bacarmışdı.

//Bizimyol